Missiyamız və Məqsədimiz :: Azpetrol Ltd

Missiyamız və Məqsədimiz

Yüksək keyfiyyət, halallıq, müştəri məmnunluğunun təmin edilməsi kimi keyfiyyətləri "Azpetrol" şirkəti yarandığı gündən özünün başlıca amalı hesab etmişdir.  "Azpetrol" Şirkəti xüsusi ilə də regionlarda iş yerlərinin açılması hesabına əhalinin məşğulluğunun təmin edilməsini özünün prioritet istiqaməti kimi müəyyənləşdirmişdir. Tutduğu vəzifədən, malik olduğu səlahiyyətdən asılı olmayaq əməkdaşlarımızın qarşısında qoyulan başlıca tələb - ciddi nizam-intizam, qarşılıqlı etimad və tələbkarlıq, peşə bilik və bacarıqlarıının daim təkmilləşdirilməsi, müştəri məmnunluğunun təmin edilməsini gündəlik işin şüarına çevrilməsidir.

Biz yeganə deyilik, lakin ən yaxşı olmağa can atırıq.