Şirkətin loqosu :: Azpetrol Ltd

Şirkətin loqosu

 Hər hansı bir şirkət və ya müəssisənin özünəməxsus və onu fərqləndirən xarici atributu onun loqotipidir. Loqotip - malların fərqləndirilməsi və onların reklam olunması üçün nəzərdə tutulan, orijinal tərtib olunan, bədii təsvirin müəyyən edilmiş və rəsmi qəbul olunmuş nişanıdır.

Orijinallıq, fərdilik, proporsionallıq (mütənasiblik), yadda saxlanılma və tanınma kimi keyfiyyətlərə malik olan loqotip şirkətin spesifik cəhətlərini özündə dolğun əks etdirməlidir. Bu baxımdan, loqotipə xüsusi önəm verən "Azpetrol" uzun müddət davam edən seçimdən sonra özünün mənsubiyyətini, məqsəd və məramını qabarıq şəkildə çatdıra bilən loqosu üzərində dayandı. Belə ki, Şirkət əvvəllər sadəcə klassik şriftlə şirkətin adının yazılmasından, daha sonralar isə üç damladan ibarət neftin fontan vurduğu neft buruqlarının üslublaşdırılmış təsvirindən ibarət olan kompozisiya kimi istifadə etdiyi loqotiplərdən imtina edərək, 2004-cü ildə yeni rəsmi emblemini - milli ornament olan buta fiqurunu seçdi.

Azərbaycanda ta qədimdən xoşbəxtlik, əmin-amanlıq, firavanlıq rəmzi olan odun dili formasında təsvir edilən buta, eyni zamanda, hərəkət, inkişaf və enerji simvoludur.

Beləliklə, "Azpetrol" şirkətinin rəsmi loqotipinin fəlsəfəsində çoxşaxəli inkişaf və tərəqqi, mənsub olduğu millətin adət-ənənələrinə bağlılıq və ehtiram, xeyirxah niyyət və qarşılıqlı faydalı əməkdaşlıq kimi dəyərlər təsbit olunmuşdur.