Mükafatlar :: Azpetrol Ltd

Mükafatlar

 "Azpetrol" şirkəti 2001-ci ildə "İlin Holdinqi" nominasiyasında "Uğur" mükafatına, 14 iyul 2002-ci ildə Nyu-Yorkda Keyfiyyət üzrə keçirilən XVI Beynəlxalq Konvensiyada Keyfiyyət nişanı"Bizness Pristij" mükafatlarına layiq görülmüşdür.

Azpetrol "Caspian Energy İntegration Award" şirkəti tərəfindən 2008-ci ildə "İlin keyfiyyətli servis xidmətləri" nominasiyası üzrə, 2010-cu ildə isə "İlin ən yaxşı yanacaqdoldurma məntəqələri şəbəkəsi" nominasiyası üzrə "Uğur" mükafatlarla təltif edilmişdir.

06 sentyabr 2010-cu il tarixdə Cenevrədə dünyanın 44 ölkəsinin iştirakı ilə keçirilən Keyfiyyət üzrə BİD (Business İnitiative Directions) Beynəlxalq Konvensiyasında "Azpetrol" şirkəti "Keyfiyyətə Görə Beynəlxalq Qızıl Ulduz" mükafatına layiq görülmüşdür.

Bundan əlavə, Azpetrol 2011-ci ilin iyun ayında  İngiltərənin Oksford ş. keçirilən "Liderlərin Oksford Sammitində”  "Kraliça Viktoriya Xatirə Medalı" və dekabr ayında  “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyasında “Azeri Business Award” mukafatları ilə təltif olunmuşdur.

2012-ci ilin mart ayında  şirkət "İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi" nominasiyasında «Caspian Energy İntegration Award»  mükafatı ilə təltif edilmişdir,  may ayında isə şirkət daha üç mükafat  almışdir, belə ki, 4-5 May 2012-ci il tarixində Avropa Biznes Assambleyası (Europe Business Assembly) və İsveçrənin Keyfiyyət Standartları İnstitutunun (SİQS) İsveçrənin Montre şəhərində keçirilən  “Montreux Business Matchmaking” tədbirində Azpetrol "Topdan və pərakəndə yanacaq satışı üzrə “Best Enterprise" ("Ən yaxşı müəssisə") mükafatına və diploma layıq görülmüş, şirkətin baş direktoru Hüseynağa Rəhimov isə "Manager of the year" ("İlin Meneceri") medalı ilə  təltif edilmişdir;  B.İ.D. Beynəlxalq Keyfiyyət Konvensiyasının ABŞ-ın Nyu-York şəhərində 27-28 may tarixində dünyanın 76 ölkəsindən olan müxtəlif sahələrdə uğur qazanmış şirkətlərin keyfiyyət və üstünlüyə görə mükafatlandırma mərasimində Azpetrol Şirkəti xidmətdə keyfiyyət, liderlik, yeni texnologiya və innovasiyaların tətbiqinə görə platin kateqoriyasında «İnternational Quality Summit» mükafatına layiq görülmüşdür.

2013-cü il 10-12 aprel tarixində Avropa Biznes Assambleyası (Europe Business Assembly) və Britaniya Direktorlar İnstitutunun London şəhərində keçirilən  Liderlər Sammitində (“Summit of Leaders”)  Azpetrol Şirkəti və Şirkətin baş direktoru Hüseynağa Rəhimov fəaliyyətində Avropa standartlarına uyğun intellektual və texnoloji yeniliklər tətbiqinə görə “Avropa keyfiyyəti”  Beynəlxalq mükafatlarına (European Quality Award)   layiq görülmüşdür.

 24.04.2013-cü il tarixində Jumeirah Bilgah Beach Hotel-də “UĞUR” Milli Mükafatının növbəti, sayca 13-cü təqdimetmə mərasimində Azpetrol şirkəti 2012-ci ilin nəticələrinə görə “Sahənin lideri. Yanacaqdoldurma   məntəqələri şəbəkəsi” nominasiyasında mükafata layıq görülmüşdür.

27-28 aprel 2013-cü il tarixlərində Almaniyanın Frankfurt  şəhərində B.İ.D. Beynəlxalq Keyfiyyət Konvensiyasının dünyanın 52 ölkəsindən olan müxtəlif  şirkətlərin nümayəndələrinin iştirakı ilə mükafatlandırma mərasimi keçirilmişdir. Mərasimdə Azpetrol Şirkəti xidmətdə keyfiyyət və mükəmməllik prinsiplərinə ciddi  riayət etməsinə görə brilliant kateqoriyasında “İnternational Quality Crown” mükafatına, Şirkətin Baş direktoru Hüseynağa Rəhimov isə İlin sahibkarı (“Entrepreneur of the Year”)  mükafatına layiq görülmüşdür.

14 May 2013-cü il tarixində “Qafqaz Baku City Hotel & Residences”-də “Brand of Azerbaijan” Mükafatının təqdimat mərasimi keçirildi. Azpetrol şirkəti “İlin Brend Yanacaq Markası” nominasıyasında bu mükafata layıq görülmüşdur.

Martın 12-də Bakıda “JW Marriott Absheron” otelində beynəlxalq “Caspian Energy Integration Award - 2014” mükafatının sayca onuncu yubiley təqdimat mərasimi keçirilmişdir. Azpetrol şirkəti  "İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi" nominasiyasında «Caspian Energy İntegration Award»  mükafatı ilə təltif edilmişdir.

24-25 oktyabr  2014-cü il tarixlərində Fransanın Paris  şəhərində B.İ.D. Beynəlxalq Keyfiyyət  Konvensiyasının dünyanın  51 ölkəsindən olan müxtəlif  şirkətlərin nümayəndələrinin iştirakı ilə mükafatlandırma mərasimi keçirilmişdir. Mərasimdə Azpetrol Şirkəti xidmətdə yüksək keyfiyyət, liderlik, yeni texnologiya və innovasiyaların tətbiqinə görə brilliant kateqoriyasında “WQC World Quality Commitment” mükafatına, Şirkətin Baş direktoru Hüseynağa Rəhimov isə “Diamond Circle of Quality Award”  mükafatına layiq görülmüşdür.

10 dekabr 2014-cü il tarixində “Jumeyrah Bilgah Beach Baku” otelində “İlin Şirkəti” mükafatının təqdimat  mərasimi keçirildi. Azpetrol şirkəti növbəti dəfə “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyası üzrə “İlin Şirkəti” mükafatına layiq görülmüşdür.

16 dekabr 2014-cü il tarixində   “JW Marriott  Hotel  Absheron  Baku”  otelində  Azeri Business Award  Milli Mükafatının qaliblərinin mükafatlandırılması mərasimində  Azpetrol  Şirkəti  “Müştəri məmnunluğu və yüksək keyfiyyət”  nominasiyası üzrə  Azeri Business Award-2014 milli mükafatına layiq görülmüşdur.

 Cari ilin mart ayının 11-də “Four Seasons" mehmanxanasında  Caspian European Club və Caspian Energy International Media Groupun dəstəyi ilə beynəlxalq Caspian Energy Forumu və “Caspian Energy Award–2015” mükafatının 12-ci təqdimat mərasimi keçirilmişdir. Forumun qızıl sponsorlarından biri qismində iştirak edən Azpetrol Şirkəti növbəti dəfə "İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi" nominasiyası üzrə «Caspian Energy Award-2015» mükafatına layiq görülmüşdür