Keyfiyyətə nəzarət :: Azpetrol Ltd

Keyfiyyətə nəzarət

 "Azpetrol" şirkəti özündə üç istiqaməti - keyfiyyətin idarə olunması sistemini (İSO-9001), ətraf mühitin mühafizəsini (İSO - 14001), əməyin mühafizə və təhlükəsizlik texnikasını (OHSAS - 18001) əks etdirən birləşmiş sistemin tətbiqini nəzərdə tutan yeni inkişaf proqramını uğurla həyata keçirmişdir.

14 aprel 2014-cü ildə Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən tədbirdə «Beynəlxalq standartlar-Standartlaşdırma üzrə beynəlxalq təşkilat»ın (İSO - İnternational Organization for Standardization) Türkiyədəki rəsmi nümayəndəsi Mətin Duran tərəfindən «Azpetrol LTD» MMC-yə İSO 9001:2008 «Keyfiyyəti İdarəetmə Sistemləri», İSO 14001 «Ətraf Mühiti İdarəetmə Sistemləri» və OHSAS:18001 «Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemləri» üzrə sertifikatlar təqdim edilmişdir.