Nağdsız hesablaşmalar :: Azpetrol Ltd

Nağdsız hesablaşmalar

2002-ci ilin mart ayından başlayaraq "Azpetrol" şirkəti özünün yanacaqdoldurma məntəqələri şəbəkəsində müştərilərin rahatlığını və onlara göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə dünya standartlarına uyğun nağdsız hesablaşmalara aid olan müasir plastik kart (Smart Card) sistemini tətbiq etmişdir. Bu sistemin, birdəfəlik yanacaq talonlarından fərqli olaraq üstünlüyü ondan ibarətdir ki, plastik kartlardan dəfələrlə istifadə etmək mümkündür.