Onlayn xidmətlər :: Azpetrol Ltd

Onlayn xidmətlər

"Azpetrol"  şirkəti 2002-ci ildən öz müştərilərinə kart ödəmə sistemi (Petrol Plus oflayn) vasitəsi ilə xidmət göstərməyə başlamışdır. Günü-gündən bu xidmətdən istifadə edən müştərilərin sayı artdığından Şirkət müştərilərinə daha rahat, keyfiyyətli və etibarlı xidmət göstərməyi nəzərə alaraq həmin sistemdən Petrol Plus onlayn ödəmə sisteminə keçməyi nəzərdə tutmuşdur. Petrol Plus onlayn ödəmə sistemi informasiya texnologiyalarının müasir tələbləri səviyyəsində qurulmuş və təhlükəsizlik baxımdan daha etibarlıdır. Yeni Petrol Plus onlayn ödəmə sisteminin üstünlükləri aşağıdakılardır.

1.  İnformasiyanın etibarlılığı - Hər hansı səbəbdən post terminallar sıradan cıxdıqda oradakı informasiyanı müvafiq yaddaşda saxlamaq qabiliyyəti;

2.  Müştərilərə daha çevik xidmət göstərmək imkanı (müştərilərin mərkəzi ofisə gəlmədən kartlarına istənilən yerdə və istənilən vaxt yanacağın və ya vəsaitin yüklənməsi);

3.  İstənilən vaxt müştərilərə göstərilən xidmət barədə hesabatın təqdim olunması;

4.  Müştərilərin internet vasitəsi ilə öz hesablarına nəzarət etmə imkanı;

5.  Müştəri kartını itirdikdə həmin kartın qısa müddətdə baglanması.

Onlayn ödəmə sisteminin bir hissəsi olan PWS adlanan modul vastəsilə müştərilər istənilən növ internet brauzerlərdən istifadə edərək oz şəxsi "kabinetlərinə" daxil ola bilərlər. Bunun üçün müştərilər Nağdsız hesablaşmalar şöbəsinə müraciət edir və onlara İstifadəçi adıMəxfi kod verilir. Kənar şəxslər istifadəçinin adını və məxfi kodunu bilməməli, onlardan  kənar kompüterlərdə istifadə olunmamalıdır.

1.  İstifadəçi adını və məxfi kodunu lazım olan pəncərədə yığıb öz şəxsi "kabinetinə" daxil olur.

2.  İstifadəçinin şəxsi "kabinetində" aşağıdakı menyular mövcuddur:

Ana səhifə

Hesablar

Kartlar

Hesabatlar

Xidmət məntəqələri

Nəzərdə tutulmuş yükləmə üçün müraciətlərə baxılması

Nəzərdə tutulmuş yükləmə üçün müraciətlərin yaradılması

Abunədən imtina

Parolun dəyişdirilməsi

Çıxış

Hər bir menyu haqqında ətraflı məlumatlar:

1. Ana səhifə - Müştərinin istəyindən aslı olaraq 3 müxtəlif dildən istifadə edə bilər. Uyğun dil seçildikdən sonra Tətbiq düyməsini sıxmaq lazımdır. "Kabinet"dən çıxıb yenidən daxil olduqdan sonra menyular və məlumatlar seçilmiş dildə əks olunacaq.

2.  Hesablar -  Müştərinin öz hesabında olan yanacaq və ya pul vəsaiti haqda məlumat.

3.  Kartlar - Müştəri kartları haqda aşağıdakı məlumatları əldə edə bilər:

- Müştəriyə məxsus ümumi kartların sayı;

- İşlək vəziyyətdə olan kartların sayı;

- Bağlanmış kartların sayı.

Sonra isə hər bir kart haqda ətraflı məlumat verilir:

- Kartın nömrəsi;

- Kartın vəziyyəti (yəni işləyir ya bağlanılıb);

- Kart hansı şirkətə və ya maşına aiddir;

- Kartda hansı yanacaq markası mövcuddur və həmin yanacağın faktiki qalığı.

4.  Hesabatlar - a)Kartlar üzrə tranzaksiyalar və b)Kartlarda qalıq barədə məlumat.

a)  Kartlar üzrə tranzaksiyalar- Hesabınıza yüklənmələr və kartlarda aparılan bütün əməliyatlar haqda hesabatlar əldə etmək mümkündür. Bunun üçün kartları və ya hər hansı bir kartı, tranzaksiyanın növünü və periodunu seçərək Hesabatın hazırlanması düyməsini  sıxmaqla ətraflı məlumat eldə edirsiniz. Möhür sətrini sıxmaqla hesabatı çapa, Excelə göndərmə sətrini sıxmaqla Excelə göndərə bilərsiniz.

b)   Kartlarda qalıq - Ümumi kartları və ya hər bir kartı seçdikdən sonra dövrü seçib  Hesabatın hazırlanması düyməsini sıxmaqla həmin dövr ərzində Kartda olan xidmətdən (yəni vəsaitdən və ya yanacaq markasından) hansı miqdarda istifadə olunduğunu, həmçinin qalığı da müəyyənləşdirə bilərsiz. Möhür sətrini sıxmaqla hesabatı çapa, Excelə göndərmə sətrini sıxmaqla Excelə göndərə bilərsiniz.

5.  Xidmət məntəqələri - "Azpetrol"a məxsus olan yanacaqdoldurma məntəqələrinin ünvanları və əlaqə nömrələri göstərilmişdir.

6.  Nəzərdə tutulmuş yükləmə üçün müraciətlərin yaradılması- Hesabınızda olan vəsaiti və ya yanacağı kartlarınız arasında bölüşdürmək imkanını yaradır. Misal: kartın növü bölməsindən yüklənəcək kartı, sonra Xidmətin növünü seçirik, yükləniləcək məbləği miqdar bölməsinə daxil edirik və Nəzərdə tutulmuş yükləmənin yaradılması düyməsini sıxırıq. Bundan sonra sifariş Nağdsız hesablaşmalar şöbəsinə yönəldilir. 2 və ya 3 dəqiqə müddətində sistem sifarişi yoxladıqdan sonra onu qəbul edir.

7.  Nəzərdə tutulmuş yükləmə üçün müraciətlərə baxılması- Sifarişin düzgünlüyünü və ya hal hazırda hansı statusda olduğunu yoxlamaq imkanı yaradır. Kartları və ya istənilən hər hansı bir kartı, sonra isə dövrü seçib Hesabatın hazırlanması düyməsini sıxmalısınız. Burada siz vəziyyət sütununa baxsanız, Qəbul edilib vəziyyətli kartların artıq Nağdsız hesablaşmalar şöbəsi tərəfindən qəbul edildiyini görə bilərsiniz. İstənilən YDM-ə yaxınlaşaraq kartı məsul şəxsə təqdim edirsiniz, o isə kartı terminala daxil edir və həmin an kartınız yüklənir. Əməliyyat Mərkəzində alınmışdır  vəziyyətli kartları Nağdsız hesablaşmalar şöbəsində sifarişinizi artıq görürlər və yaxın müddət ərzində həll edəcəklər.

Qeyd etmək lazımdır ki, müştərinin istəyi ilə Nəzərdə tutulmuş yükləmə üçün müraciətlərə baxılması Nəzərdə tutulmuş yükləmə üçün müraciətlərin yaradılması xidmətləri Nağdsız hesablaşmalar şöbəsi tərəfindən aktivləşdirilməyə bilər.

Bundan əlavə olaraq Siz öz sifarişinizi hazırlayıb elektron poçt və ya faks vasitəsi ilə Nağdsız hesablaşmalar şöbəsinə göndərə bilərsiniz. Bu zaman sizin Nağdsız hesablaşmalar şöbəsinə gəlməyinizə ehtiyac yoxdur, kartlar YDM-də post terminallar vasitəsi ilə yüklənəcəklər.

8.  Abunədən imtina - bununla abunədən imtina etməyinizi qeyd edə bilərsiniz.

9.  Parolun dəyişdırılməsi -  Parolunuzu istənilən an dəyişdirə bilərsiniz. Bunun üçün Köhnə parolu daxil etdikdən sonra yeni parolu təkrarən iki dəfə yığıb OK  düyməsini sıxmaq lazımdır.

Parolunuzu və ya İstifadəçi adınızı unutduğunuz təqdirdə, "Azpetrol" şirkətinin Nağdsız hesablaşmalar şöbəsinə müraciət edilməlidir.

10.  Çıxış - bununla proqramdan çıxırsınız.

 

Onlayn xidmətlər1   

Onlayn xidmətlər2 

Onlayn xidmətlər3