Əlaqəli xidmətlər :: Azpetrol Ltd

Əlaqəli xidmətlər

Sürücü və sərnişinlər, eləcə də digər şəxslər Şirkətin YDM və QDM-ləri nəzdində fəaliyyət göstərən kafelərdən, marketlərdən, yuma sexlərindən,  motellərdən və digər xidmət növlərindən istifadə edə bilərlər.

Şirkətin kafeləri - həm şirkət işçilərinə, həm də müştərilərə yüksək səviyyədə xidmət göstərmək imkanına malikdir. Hazırda kafelərdə Şirkətin əməkdaşları gündəlik Şirkətin mənfəəti hesabına yeməklə təmin olunurlar. Müştəri və şirkətin işçilərinə verilən yeməyin keyfiyyətinə hər gün YDM-in direktoru, həftədə ən azı bir dəfə isə Şirkətin səlahiyyətli nümayəndələri tərəfindən nəzarət edilir. Ayda bir dəfə sanitar günü keçirilən kafelərdə sanitar-gigiyena qaydalarına ciddi əməl olunur və kafe işçiləri təmiz, səliqəli xüsusi geyimdə müştərilərə xidmət göstərirlər. Müştəri və işçilərin arzu və istəkləri nəzərə alınmaqla ay ərzində hazırlanacaq müxtəlif çeşidli, ucuz və eyni zamanda keyfiyyətli yeməklərin menyusu təklif olunur.

Şirkətin marketləri əsasən maşınlar üçün yağların və kiçik ehtiyat hissələrinin satışı ilə məşğuldur. Lazım gəldikdə həmin marketlərdə müştərilərin qabaqcadan sifarişləri əsasında müxtəlif ölkələrdən maşınlarına lazım olan orijinal ehtiyat hissələri gətirilə bilər. Bundan əlavə, marketlərdə dünyanın aparıcı istehsalçılarının buraxdıqları mühərrik yağları, karbüratorların fasiləsiz və normal işini tənzimləyən aşqarlar, müxtəlif hava və yağ süzgəcləri, güzgülər, oturacaq və üzlükləri, maşınların yuyulmasında istifadə olunan müxtəlif yuma vasitələri, alət və digər ləvazimatlar müştərilərə təklif olunur.

Müştərilərin və müsafirlərin rahatlığını təmin etmək üçün “Azpetrol”un Şəki, Balakən, Qazax rayonlarında və Mingəçevir şəhərində yüksək səviyyədə xidmət göstərən motelləri fəaliyyət göstərir. Motellərdə qonaqlar və müştərilər yüksək səviyyəli, rahat 2 nəfərlik çarpayıllı lüks və yarımlüks otaqlardan istifadə edə bilərlər. Moteldən istifadə edən müsafirlərə səhər yeməyi və Wi-Fi üzrə internetə çıxış  pulsuz təqdim olunur.

Bundan əlavə, bütün YDM-lərdə ən yeni yuma sistemləri ilə təchiz olunan avtomobillər üçün yuma sexləri də faəliyyət göstərir.

Bəzi YDM-lərdə Müxtəlif markalı avtomobillərin satışını həyata keçirən avtosalonlar da xidmət göstərir, burada, həmçinin, müxtəlif yağlar, kimya məhsulları(автохимия), kiçik avtomobil hissələri və bu kimi məhsulların satışı da təşkil olunur.