Sponsorluq :: Azpetrol Ltd

Sponsorluq

 "Azpetrol" uzun müddətdir ki, Azərbaycan Boks Federasiyası ilə sıx əlaqələr yaratmışdır və milli komandanın 1999-cu ildə ABŞ-da keçirilmiş boks üzrə dünya çempionatında və 2001-ci ildə Tailandda keçirilən boks üzrə dünya kuboku yarışlarında iştirakına sponsorluq etmişdir.

Şirkət həmçinin qadınlardan ibarət Milli Voleybol komandasının 2001- 2002-ci illərdə keçirilmiş Avropa Çempionatında iştirakına da sponsorluq etmişdir.

Azərbaycan Peşəkar Boks Federasiyası (APBF) tərəfindən 25 avqust 2002-ci ildə Azərbaycanda ilk dəfə Peşəkar Boks üzrə Zaqafqaziya "Qızıl Kəmər"i uğrunda Azərbaycanı və Gürcüstanı təmsil edəcək boksçuların iştirakı ilə Beynəlxalq görüş keçirilmişdir. Yarışın yüksək səviyyədə keçirilməsinə "Azpetrol" şirkəti öz dəstəyini göstərmişdir.

2003-cü ildə "Azpetrol" Şirkəti Bakıda keçirilən Ümumdünya Boks Federasiyasının prezidenti Ənvər Çaudrinin şərəfinə Boks üzrə Beynəlxalq turnirə, eləcə də Voleybol üzrə Avropa Kubokunun final yarışmasında Azərbaycan Milli Voleybol Komandasının iştirakına sponsorluq etmişdir.

2003-cü il avqustun 9 - 10-da Bakı mötəbər yarışa - bədii gimnastika   üzrə Dünya Kuboku mərhələsinə yüksək səviyyədə ev sahibliyi etdi.   Beynəlxalq Gimnastika Federasiyası rəhbərlərinin qeyd etdikləri kimi,   dünya çempionatı səviyyəsində təşkil edilən turnirdə 17 ölkənin 38   idmançısı mübarizə aparırdı. Bu turnirin əsas sponsorları sıralarında  Azpetrol da iştirak edirdi. 2006-cı il "Azpetrol" Şirkəti ilə Avropa Otüstü Hokkey Federasiyası   arasında ilk dəfə 2006-2010-cu illərdə  birgə əməkdaşlıq barədə   müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən "Azpetrol" şirkəti   Avropa Otüstü Hokkey Federasiyasının egidası altında keçirilən bütün   tədbirlərdə sponsor-portnyor qismində ölkəmizi layiqincə təmsil   etmişdir.  Məhz etibarlı tərəfdaş olduğundan, 21 oktyabr 2010-cu il   tarixdə Avropa Otüstü Hokkey Federasiyası "Azpetrol" şirkəti ilə   2010-2014-cü illəri əhatə edən əməkdaşlığa dair yeni müqavilə imzalamışdır.

 Son illər isə Azpetrol şirkəti daimi olaraq Azərbaycanın Şahmat, Gimnastika, Stolüstü Tennis, Velosiped, Avtomobil Federasiyalarının  keçirdiyi müxtəlif turnirlərin sponsoru kimi çixiş edir.