İş şəraiti :: Azpetrol Ltd

İş şəraiti

"Azpetrol"un uğurları düzgün kadr siyasətini aparmaqla bağlıdır. Burada işəgötürmə prosesi müxtəlif mərhələləri əhatə edir, namizədin texniki və intellektual bilikləri, eləcə də kollektivdə işləmək bacarığı kimi şəxsi keyfiyyətləri yoxlanılır. Biz "Azpetrol"da işləmək üçün seçilmiş insanlara elə bir həvəsləndirici və stimulverici iş mühiti təklif edirik ki, burada hər bir kəsin yüksəlmək və uğur əldə etmək imkanı olsun. Müştəri tələblərinin nəzərə alınması, peşəkarlıq, işə sadiqlik, etik normalarına ciddi riayət və fəal, dinamik münasibət "Azpetrol" işçilərinin rəhbər tutduğu prinsiplərdir.