Peşəkar inkişaf və təlim :: Azpetrol Ltd

Peşəkar inkişaf və təlim

"Azpetrol"un ən böyük sərvəti onun işçiləridir və biz öz işçi heyətimizin davamlı olaraq inkişaf etməsini arzulayırıq. Özünün mövcud bilik və bacarıqlarını təkmilləşdirmək niyyətində olan insanlar burada daim dəstək alır. Biz onlara karyeralarının inkişaf etdirilməsində hər zaman köməklik göstərməyə hazırıq. Bu məqsədlə "Azpetrol"un nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzində işə namizədlər lazımi biliklərə yiyələnirlər, fəaliyyətdə olan əməkdaşlar isə təcrübəli müəllimlərin köməyi və nəzarəti altında mövcud peşəkarlıq səviyyələrini artırırlar.