İşəgötürmə prosesi :: Azpetrol Ltd

İşəgötürmə prosesi

"Azpetrol"un işə qəbul olunma prosesi bütün namizədlər üçün tam şəffaf şəkildə həyata keçirilir.

Kadrlar şöbəsinə daxil olan hər bir müraciət (anket) diqqətlə nəzərdən keçirilir. Bu zaman təqdim olunmuş məlumatlar təhlil olunur, ixtisasınız, iş təcrübəniz, bacarıqlarınız və eləcə də işlə bağlı arzu və istəkləriniz nəzərə alınır.

Doldurulmuş anketinizi aldıqdan sonra, münasib namizədlər müsahibəyə dəvət olunur. Bu zaman namizəd Kadrlar üzrə inspektorla, müvafiq departamentin direktoru ilə, lazım gəldikdə isə şirkətin rəhbərliyi ilə müsahibədən keçir.