Əməyin mühafizəsi :: Azpetrol Ltd

Əməyin mühafizəsi

"Azpetrol"un əməyin mühafizəsi və təhlükəsizlik siyasəti dövlətin bu sahədə mövcud strategiyasına tam uyğun şəkildə hazırlanaraq qəbul edilmiş, Şirkətin hər bir obyekti üçün müvafiq texniki passport hazırlanmışdır. Həmçinin Şirkət birgə layihələr həyata keçirdiyi bir neçə müəssisə ilə ƏMTQ (Ətraf mühitə təsirin qiymətləndirilməsi) üzrə əməkdaşlıq edir.

"Azpetrol"un əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində apardığı siyasət əsas etibarı ilə aşağıdakıları əhatə edir:

  • Əməkdaşların əmək məhsuldarlığının artırılmasına imkan verən təhlükəsiz iş şəraiti ilə təmin olunması;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının mütəmadi olaraq təkmilləşdirilməsi, onların tələblərinə ciddi riayət olunmasına nəzarətin təmin edilməsi;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının daima müvafiq dövlət və beynəlxalq standartlara cavab verən səviyyədə saxlanılması;
  • Texnoloji avadanlıqların etibarlılığının artırılması, təhlükəsiz və qəzasız işin təmin olunması hesabına işin keyfiyyətinin yüksəldilməsi;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə yarana biləcək mümkün problemlərin müəyyən edilərək aradan qaldırılmasına yönəlmiş tədbirlərin hazırlanaraq həyata keçirilməsi;
  • Şirkətin obyektlərində müasir texnologiyalar tətbiq etməklə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına nəzarətin gücləndirilməsi.