Ümumi məlumat :: Azpetrol Ltd

Ümumi məlumat

 1997-ci il iyulun 15-də Bakı şəhərində ilk yanacaqdoldurma məntəqəsinin istismara verilməsi ilə Azərbaycanın iqtisadi məkanına daxil olan "Azpetrol Ltd." MMC-nin əsas fəaliyyəti yanacağın pərakəndə və topdan satışını yanacaqdoldurma və qazdoldurma məntəqələri şəbəkəsi vasitəsilə həyata keçirməkdən ibarətdir.

Hazırda Şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 81 yanacaqdoldurma (YDM) və 5 qazdoldurma məntəqəsi (QDM) fəaliyyət göstərir.

Yanacağın keyfiyyətinin yaxşılaşdırılması və məntəqələrin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə, 1999-cu ildə "Azpetrol"un müasir standartlara cavab verən  Neftbazası istifadəyə verilmişdir. Neftbaza Avropanın qabaqcıl ölkələrində istehsal olunmuş elektron avadanlıqlarla, yanğından mühafizə, təhlükəsizlik və yanacağın keyfiyyətinə nəzarət sistemləri ilə təchiz edilmişdir.

Şirkət  yanacağın YDM və QDM-lərə fasiləsiz olaraq və vaxtında çatdırılması məqsədi ilə 1999-cu ildə yanacaqdaşıyan maşınların Avtoparkını istismara vermişdir. Beynəlxalq standartlara uyğun təşkil olunmuş həmin Avtoparkda 120 yanacaq daşıyan avtomobil istənilən vaxt yola çıxmağa hazırdır.

Həmçinin "Azpetrol"un Azərbaycanın ən iri işəgötürənlərindən biri olduğunu xüsusi ilə qeyd etmək vacibdir. Belə ki, hazırda Şirkətdə çalışan işçilərin ümumi sayı 3200 nəfərdən çoxdur.