10/05/2012
Azpetrol Bakıda yeni yanacaqdoldurma məntəqələrini açdı
10 may 2012-ci il tarixində Azpetrol şirkəti Bakı şəhəri H. Əliyev prospekti 105 və 108 ünvanlarında özünün yeni yanacaqdoldurma məntəqələrini açdı. Bu, Azpetrolun sayca 78-ci və 79-cu yanacaqdoldurma məntəqələridir. Yeni məntəqələrin açılışında Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin rəhbərliyi, Türkiyənin “Sistem Reklamçılıq Aydınlatma və İnşaat Sənaye” Şirkətinin nümayəndələri və digər qonaqlar iştirak edirdilər.
07/05/2012
Daha iki mükafat-"Best Enterprise" və "Manager of the year" .
Avropa Biznes Assambleyası (Europe Business Assembly)və İsveçrənin Keyfiyyət Standartları İnstitutunun (SİQS) İsveçrənin Montre şəhərində 4-5 May 2012-ci il tarixində keçirdiyi birgə tədbirdə (Montreux Business Matchmaking)"Azpetrol" şirkəti "Topdan və pərakəndə yanacaq satışı üzrə Best Enterprise" ("Ən yaxşı müəssisə") mükafatına və diploma layıq görülmüş, şirkətin baş direktoru Hüseynağa Rəhimov isə "Manager of the year" ("İlin Meneceri") medalı ilə təltif edilmişdir.
19/03/2012
Müştərilərin nəzərinə!
Hörmətli müştərilər,
PWS modulunun yenilənməsi ilə əlaqədar olaraq 23.03.2012-ci il tarixində saat 11:00 – dan saat 17:00-a kimi Azpetrola məxsus yanacaq kartları ilə əməliyyatlar aparmaq üçün http://pws.azpetrol.com internet səhfəsinə daxil olmaq mümkün olmayacaq.
Müvəqqəti narahatcılığa görə əvvəlcədən üzr istəyirik.
16/03/2012
Azpetrol «Caspian Energy İntegration Award» mükafatına layiq görülüb
16 mart 2012-ci il tarixində Park İnn otelində "Caspian Energy Integration Award- 2012" 8-ci Beynəlxalq Mükafatının təntənəli mərasimi keçirilmişdir. Azpetrol şirkəti də "İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi" nominasiyasında «Caspian Energy İntegration Award» mükafatı ilə təltif edilmişdir. Mükafat Azpetrol şirkətinin Baş direktoru cənab Huseynağa Rəhimova təqdim olunub.
07/03/2012
8 MART
07 mart 2012 -ci il tarixdə Azpetrol Şirkətində Beynəlxalq Qadınlar Bayramı münasibətilə tədbir keçirilmişdir. Şirkətin rəhbəri Hüseynağa Rəhimov tədbirdə ilk öncə Şirkətdə çalışan qadınları bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik etdi, daha sonra isə şirkətdə çalışan qadınlara dəyərli bayram hədiyyələri təqdim olundu.
25/02/2012
"Xocalı Harayı" abidəsinə ziyarət
Bu gün Azpetrol Şirkətinin kollektivi Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar olaraq “Xocalı harayı” abidəsini ziyarət etmişdir. “Xocalı harayı” abidəsinin önünə əklil qoyulmuş, Xocalı faciəsi zamanı həlak olan soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.Allah bütün şəhidlərimizi rəhmət eləsin.
19/01/2012
20 Yanvar
BU gün Azpetrol Şirkətinin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanına gələrək Vətən yolunda qurban getmiş şəhidlərin xatirəsini yad etmişdir. 20 yanvar faciəsinin qurbanlarının qəbirləri üzərinə qərənfillər düzülüb, “Əbədi məşəl” kompleksi önünə əklil qoyulmuşdur.
27/12/2011
Azpetrol “Azeri Business Award” mükafatına layiq görülüb.
Azpetrol Ltd. “ MMC “ Azərbaycanın işgüzar aləmlə bağlı aparıcı nəşrlərindən olan “Business Time” jurnalı tərəfindən təsis olunmuş “Azeri Business Award” mükafatının “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyasına layiq görülüb. 14 dekabr 2011-ci il tarixində "Buta Palas"da baş tutan təntənəli mərasimdə mükafat Azpetrol şirkətinin Baş Direktoru Hüseynağa Rəhimova təqdim olunmuşdur.
10/11/2011
Azpetrol Göygöldə yeni yanacaqdoldurma məntəqəsini açdı
07 noyabr 2011-ci il tarixdə Azpetrol Şirkəti Göygöldə özünün yeni yanacaqdoldurma məntəqəsini açdı. Bu Azpetrolun sayca 75-ci yanacaqdoldurma məntəqəsidir.
Yeni məntəqənin açılışında Göygöl rayonu İcra hakimi Arif Seyidov və digər nümayəndələr iştirak edirdilər.
15/07/2011
Azpetrol-14 il!
15.07.2011-ci il tarixində Azpetrol şirkətinin yaradılmasının 14 ili tamam oldu. Bununla əlaqədar olaraq şirkətdə 9 ildən artıq çalışmış əməkdaşlara təşəkkür diplomları və xüsusi Azpetrol nişanları verildi. Ofis binasında isə işçilər üçün furşet təşkil olundu və rəhbərlik tərəfindən təbriklər çatdırıldı.
14/07/2011
Azpetrol Qobustanda yeni yanacaqdoldurma məntəqəsini açdı
14 iyul 2011 - ci il tarixdə Azpetrol Şirkəti “Cəngi”də (Qobustan rayonu) özünün yeni yanacaqdoldurma məntəqəsini açdı.Bu Azpetrolun sayca 74 -cü yanacaqdoldurma məntəqəsidir.
Yeni məntəqənin açılışında Qobustan rayonu İcra Hakimiyyətinin nümayəndələri, Beynəlxalq Hokkey Federasiyasının prezidenti Leandro Neqre və Avropa Hokkey Federasiyasının baş katibi David Belberni da iştirak edirdilər.
30/06/2011
Azpetrol "Kraliça Viktoriya Xatirə Medalı" ilə təltif olundu
İyun ayının 19-20 tarixlərində Oksfordun tarixi mərkəzi olan 'Sheldonian Teatr'da Avropa Biznes Assambleyasının (EBA, Oksford, Böyük Britaniya) təşəbbüsü ilə cənub-şərqi Britaniyada əsas beynəlxalq tədbir - "Liderlərin Oksford Sammiti" keçirildi.Bu tədbir 2000-ci ildən dünya elmi ictimaiyyəti mərkəzində mütəmadi olaraq keçirilir.
08/06/2011
Pul kisələrinin məsafədən dəyişdirilməsi
Müştərilərin nəzərinə!
09.06.2011-ci il tarixindən etibarən “Azpetrol Ltd.” MMC-nin müştərilərinin yanacaq kartlarında olan Pul kisələrini məsafədən, yəni kartı Şirkətin Mərkəzi ofisinə – Nağdsız hesablaşmalar şöbəsinə gətirmədən dəyişmək (yeni yanacaq markası əlavə etmək və ya digəri ilə əvəzləmək) mümkün olacaqdır.
04/06/2011
Kartın sahibini dəyişmək mümkündür
MÜŞTƏRİLƏRİN NƏZƏRİNƏ!
06.06.2011-ci il tarixindən etibarən müştərilər pws modulunda öz şəxsi səhifələrinə daxil olaraq Kartın istifadəçisini dəyişə bilərlər.
10/05/2011
Azpetrol Şirkəti ulu öndər H.Əliyevin məzarını ziyarət etmişdir
Azpetrol Şirkətinin rəhbərliyi və kollektivi 10.05.2011-ci il tarixində ulu öndər, ümummilli lider H.Əliyevin
anadan olmasının 88 ildönümü münasibətilə onun məzarını ziyarət etmişdir