XƏBƏRLƏR :: Azpetrol yeni yanacaqdoldurma məntəqələrini istifadəyə verdi. :: Azpetrol Ltd

Azpetrol yeni yanacaqdoldurma məntəqələrini istifadəyə verdi.

Azpetrol yeni yanacaqdoldurma məntəqələrini istifadəyə verdi.

21.12.2015

18-19 dekabr 2015-ci il tarixlərində Azpetrol şirkəti özünün yeni yanacaqdoldurma məntəqələrini istifadəyə verdi. Beyləqan, Gəncə və Samux rayonunda yerləşən bu məntəqələr şirkətin sayca 84-cü, 85-ci və 86-cı yanacaqdoldurma məntəqələridir.

Yeni məntəqələrin açılışı mərasimində şəhər İcra Hakimiyyətlərinin başçıları və digər qonaqlar da iştirak edirdilər. 

Məntəqələrin açılışı zamanı şirkətin baş direktoru Ceyhun Məmmədov qeyd etdi ki, yeni yanacaqdoldurma məntəqələrinin açılışı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsinə  təsadüf etdiyindən xüsusilə əlamətdardlr.

Şirkətin rəhbəri daha sonra qeyd etdi ki, yeni məntəqələrin istifadəyə verilməsi ilə yeni iş yerlərinin açılması məsələsi həll olunur ki, bu da şirkətin fəaliyyətinin əsas istiqamətlərindən biridir. 

Еyni zamanda Gəncə şəhərində müştərilərin rahatlığını təmin etmək üçün hər cür şəraitə malik olan yeni Motel də istifadəyə verildi.

Azpetrol yaxın gələcəkdə  Bakı şəhərində və Tərtər rayonunda da yeni yanacaqdoldurma məntəqələrinin açılışını nəzərdə tutur.