XƏBƏRLƏR :: 20 YANVAR :: Azpetrol Ltd

20 YANVAR

20 YANVAR

21.01.2016

 Hər il olduğu kimi bu il də  Azpetrol Şirkətinin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının qəbirlərinin üzərinə qərənfillər düzmüş, “Əbədi məşəl” kompleksi önünə əklil qoymuşlar.

 Vətənin azadlığı yolunda qurban getmiş şəhidlərin əziz xatirəsi dərin hüznlə və eyni zamanda böyük iftixarla yad edilmiş, müqəddəs ruhlarına dualar oxunmuşdur.