27.12.2011
Azpetrol Ltd. “ MMC “ Azərbaycanın işgüzar aləmlə bağlı aparıcı nəşrlərindən olan “Business Time” jurnalı tərəfindən təsis olunmuş “Azeri Business Award” mükafatının “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyasına layiq görülüb. 14 dekabr 2011-ci il tarixində "Buta Palas"da baş tutan təntənəli mərasimdə mükafat Azpetrol şirkətinin Baş Direktoru Hüseynağa Rəhimova təqdim olunmuşdur. Təqdimat zamanı H.Rəhimov öz çixişinda bildirmişdir: “ Hal-hazırda respublikada çox böyük inkişaf vardır, iqtisadiyyatın bütün sahələrində yeniliklər mövcuddur.Digər tərəfdən sahibkarlığın inkişafı üçün əlverişli mühit yaranmış və özəl şirkətlər, sahibkarlar öz bizneslərini genişləndirir və yeni iş yerləri açırlar. Bu cür əlverişli şəraitin yaranması möhtərəm prezidentimiz İlham Əliyev cənablarının apardığı uğurlu və ardıcıl iqtisadi siyasətin məntiqi nəticəsidir. “AZERI BUSINESS AWARD” hər ilin yekunlarına görə ölkə iqtisadiyyatının milli biznesin yeni simasını formalaşdıran ən parlaq və dinamik iştirakçılarına təqdim olunur. Laureatların müəyyənləşdirilməsində əsas amil kimi namizədin biznesinin artım tempi götürülür. Mükafatın laureatları iki kateqoriya üzrə - fərdi və korporativ nominasiyalarda müəyyənləşdirilir.

