AZPETROL KARTLARI İLƏ HESABLAŞMA

AZPETROL KARTLARI İLƏ HESABLAŞMA

"Azpetrol" şirkəti 2002-ci ildən öz müştərilərinə kart ödəmə sistemi (Petrol Plus oflayn) vasitəsi ilə xidmət göstərməyə başlamışdır. Günü-gündən bu xidmətdən istifadə edən müştərilərin sayı artdığından Şirkət müştərilərinə daha rahat, keyfiyyətli və etibarlı xidmət göstərməyi nəzərə alaraq həmin sistemdən Petrol Plus onlayn ödəmə sisteminə keçməyi nəzərdə tutmuşdur. Petrol Plus onlayn ödəmə sistemi informasiya texnologiyalarının müasir tələbləri səviyyəsində qurulmuş və təhlükəsizlik baxımdan daha etibarlıdır.

Yeni Petrol Plus onlayn ödəmə sisteminin üstünlükləri aşağıdakılardır:

1. İnformasiyanın etibarlılığı - Hər hansı səbəbdən post terminallar sıradan cıxdıqda oradakı informasiyanı müvafiq yaddaşda saxlamaq qabiliyyəti;

2. Müştərilərə daha çevik xidmət göstərmək imkanı (müştərilərin mərkəzi ofisə gəlmədən kartlarına istənilən yerdə və istənilən vaxt yanacağın və ya vəsaitin yüklənməsi);

3. İstənilən vaxt müştərilərə göstərilən xidmət barədə hesabatın təqdim olunması;

4. Müştərilərin internet vasitəsi ilə öz hesablarına nəzarət etmə imkanı;

5. Müştəri kartını itirdikdə həmin kartın qısa müddətdə baglanması.

Onlayn ödəmə sisteminin bir hissəsi olan PWS adlanan modul vastəsilə müştəri istənilən növ internet brauzerlərdən istifadə edərək oz şəxsi "kabinetlərinə" daxil ola bilər. Bunun üçün müştəri Nağdsız hesablaşmalar şöbəsinə müraciət edir və ona İstifadəçi adıMəxfi kod verilir. Kənar şəxslər istifadəçinin adını və məxfi kodunu bilməməli, onlardan kənar kompüterlərdə istifadə olunmamalıdır.

1. İstifadəçi adını və məxfi kodunu lazım olan pəncərədə yığıb öz şəxsi "kabinetinə" daxil olur.

2. İstifadəçinin şəxsi "kabinetində" aşağıdakı menyular mövcuddur:

Ana səhifə
Hesablar
Kartlar
Hesabatlar
Xidmət məntəqələri
Nəzərdə tutulmuş yükləmə üçün müraciətlərə baxılması
Nəzərdə tutulmuş yükləmə üçün müraciətlərin yaradılması
Abunədən imtina
Parolun dəyişdirilməsi
Çıxış