Elektron Talon xidməti
"Azpetrol" Şirkəti 2002-ci ildən öz müştərilərinə kart ödəmə sistemi (Petrol Plus oflayn) vasitəsi ilə xidmət göstərməyə başlamışdır. Günü-gündən bu xidmətdən istifadə edən müştərilərin sayı artdığından Şirkət müştərilərinə daha rahat, keyfiyyətli və etibarlı xidmət göstərməyi nəzərə alaraq, həmin sistemdən Petrol Plus onlayn ödəmə sisteminə keçmişdir.
Müştərilərin istəklərini nəzərə alaraq Şirkət smart kart sistemi ilə bərabər elektron talon (ET) xidmətini də istifadəyə vermişdir. ET birdəfəlik istifadə üçün nəzərdə tutulmuşdur və təkrar istifadə oluna bilməz. ET xidmətindən Azpetrol onlayn yanacaq satış sistemində (http://pws.azpetrol.com ) şəxsi kabineti olan hər bir müştəri yararlana bilər. ET talon yaradılarkən müştərinin hesabından xidmət göstərilən ana qədər heç bir vəsait silinmir.
ET yaratmaq üçün aşağıdakı bir neçə addımı nəzərdən keçirək:
ET-ni yaratmaq üçün Nağdsız hesablaşmalar şöbəsinə müraciət edərək, məxfi kod və sifariş kodları cədvəlini əldə etmək lazımdır. Bunları əldə etdikdən sonra şəxsi kabinetinizə daxil olaraq Talon Sifarişi menyusunu seçirsiniz. Bu zaman (Şəkil 1) pəncərə acılacaq.
Şəkil 1
Şəkil 1-dəki pəncərəni doldurduqdan sonra (Şəkil 2) Sifarişə Əlavə Etmək düyməsini sıxmaq lazımdır. Onu da qeyd etmək lazımdır ki, siz talonu e-mail və ya mobil telefon vasitəsi ilə ala bilərsiniz. Ona görə ET sifariş etdikdə bunlardan birini və ya hər ikisini seçmək vacibdir.
Şəkil 2
Bu qayda ilə sifarişə bir və daha çox ET əlavə etmək olar (Şəkil 3).
Şəkil 3
ET-nu düzgün daxil etdiyinizə əmin olduqdan sonra Sifariş Etmək düyməsini sıxmaq lazımdır. Bu zaman pəncərə açılacaq (Şəkil 4).
Şəkil 4
Açılan pəncərədə Nağdsız Hesablaşmalar şöbəsindən əldə etdiyiniz sifariş kodları cədvəlindən Şəkil 4-də göstərilən nömrəyə uyğun cədvəldəki kodu daxil edib, Təsdiq Etmək düyməsini sıxırsınız. Artıq sizin ET sifariş olunmuşdur və 5-8 dəqiqədən sonra sizin sifarişə uyğun olaraq e-mail və ya telefonunuza ET haqqında məlumat gələcək (Şəkil 5).
Şəkil 5
ET-nun sifarişini izləmək üçün Müraciətlər menyusundan Talonların hazırlanması üçün ərizələrə baxış alt menyusunu seçmək lazımdır. Bu zaman pəncərə açılır (Şəkil 6).
Şəkil 6
ET-nin vəziyyəti haqqında məlumat bilmək üçün Talonlar menyusuna daxil olmaq lazımdır. Bu zaman pəncərə açılacaq (Şəkil 7). ET-nun nömrəsi alan şəxsdən başqa heç bir yerdə görünmür.
Şəkil 7
Əldə etdiyiniz ET (E-mail və ya Sms) və Məxfi kodla birlikdə istənilən “Azpetrol”un yanacaqdoldurma məntəqəsinə yaxınlaşıb, həmin ET vasitəsi ilə öz avtomobilinizin yanacaq çəninə yanacaq doldura bilərsiniz.