06 May 2017 ci il tarixində Azpetrol Masazırda yeni yanacaqdoldurma məntəqəsini açdı.

06 May 2017 ci il tarixində Azpetrol Masazırda yeni yanacaqdoldurma məntəqəsini açdı.

06.05.2017

06 may 2017-ci il tarixində Azpetrol Şirkəti Abşeron rayonunun Masazır qəsəbəsində özünün yeni yanacaqdoldurma məntəqəsini açdı. Bu, Azpetrolun sayca 87-ci yanacaqdoldurma məntəqəsidir. Yeni məntəqənin açılışında Abşeron Şəhər İcra Hakimiyyətinin nümayəndəsi və digər qonaqlar iştirak edirdilər. Məntəqənin açılışı zamanı Azpetrol Şirkətinin baş direktoru Ceyhun Məmmədov qeyd etdi ki, Şirkətimizin yeni yanacaqdoldurma məntəqəsinin açılışı ulu öndər və ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsinə təsadüf etdiyindən xüsusilə əlamətdardır. Bildiyimiz kimi, Prezident İlham Əliyev cənabları Azərbaycanda yeni iş yerlərinin yaradılmasını daim öz şəxsi nəzarəti altında saxlayır və bu prosesin sürətləndirilməsi üçün zəruri tədbirlərin görülməsi barədə göstərişlər verir. Ölkə başçısı eyni zamanda regionlarda yeni istehsalat və xidmət sahələrinin təşkili vasitəsilə dayanıqlı yeni iş yerlərinin yaradılmasının vacibliyini həmişə vurğulayır. Biz сənab Prezidentimizin qərar və göstərişlərini əsas tutaraq, bu gün Masazır qəsəbəsində Şirkətimizin yeni, sayca 87-ci yanacaqdoldurma məntəqəsini böyük təntənə və iftixar hissiylə istismara veririk. Onu xüsusi qeyd etmək istərdim ki, burada yeni məntəqənin istifadəyə verilməsi ilə 41 daimi iş yerinin açılması məsələsi həll olunur ki, bu da bizim fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Bu gün Masazır sakinlərinin və buraya gəlib-gedən qonaqların istifadəsinə verilən yeni yanacaqdoldurma məntəqəsi gördüyünüz kimi, orijinal və nəfis dizayna malikdir. Bu cür obyektlər qonaqları yüksək səviyyədə qəbul etməyə, onlara müasir xidmət göstərməyə geniş imkan yaradır. Bu, onu göstərir ki, indi Azərbaycanın bölgələri də ən müasir infrastrukturla təchiz edilir, regionlarda dünya standartları səviyyəsində obyektlər inşa olunur. Baş direktor çıxışında onuda vurğuladı ki, ümummilli liderimizin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev cənabları ölkəyə rəhbərlik etdiyi 14 ilə yaxın bir müddətdə iqtisadi strategiyanın prioritet istiqamətlərindən biri olan sahibkarlığın inkişafına daim önəm verib. Cənab Prezidentin qeyd etdiyi kimi: “Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın". Azpetrol Şirkəti bundan sonra da Bakı şəhərində yanacaqdoldurma məntəqələr şəbəkəsini genişləndirməyi planlaşdırır. Belə ki, Şirkət bu il iyulun 15-də Qaradağ rayonunda daha bir YDM-ni açacaqdır.