![“Azpetrol” şirkəti “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” seçilib](https://azpetrol.az/uploads/menu/110/bg_1_1473684200.jpg)
“Azpetrol” şirkəti “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” seçilib
21.12.2022“Caspian Energy Club” 21 dekabr tarixində “Caspian Business Award 2022” – VII Beynəlxalq Mükafatının təqdimetmə mərasimini təşkil edib. “Caspian Business Award 2022” – Beynəlxalq Mükafatının nominantları “Caspian Energy Club”-a daxil olan şirkətlərin rəhbərləri arasında keçirilən sorğu nəticəsində müəyyənləşdirilib. Sorğunun nəticələrinə görə, “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyasının qalibi - “Azpetrol” şirkəti seçilib. Təqdimetmə mərasimində dövlət qurumlarının, “Caspian Energy Club”- a üzv şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər. Azpetrol – Daim inkişafa doğru! Əlaqə: 957