“Azpetrol” şirkəti  "Xaliq Faiqoğlu" MMC-nin avtobus bazasinda sayca 91-ci YDM istifadəyə verdi

“Azpetrol” şirkəti "Xaliq Faiqoğlu" MMC-nin avtobus bazasinda sayca 91-ci YDM istifadəyə verdi

22.02.2022

22 fevral tarixində "Xaliq Faiqoğlu" MMC-nin Yasamal rayonunda yerləşən avtobus parkının ərazisində “Azpetrol Ltd” MMC tərəfindən istifadəyə verilmiş yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində “Azpetrol Ltd” MMC-nin baş direktoru Ceyhun Məmmədov və "Xaliq Faiqoğlu" MMC-nin baş direktoru Faiq Seyidov ilə yanaşı bir sıra Dövlət orqanlarının və özəl müəssizələrin rəsmi nümayəndələri də iştirak edib. Yeni yanacaqdoldurma məntəqəsinin avtobus parkının ərazində inşa edilməsində məqsəd "Xaliq Faiqoğlu" MMC-ə məxsus avtobusların dizel yanacağına olan tələbatını ödəməkdən ibarətdir. Məntəqədə iki yanacaq pompası quraşdırılıb. İstifadəyə verilən yeni yanacaq doldurma məntəqəsi əlavə doqquz yeni iş yerinin yaranmasına şərait yaradıb. Bundan başqa “Xaliq Faiqoğlu” şirkətinin STQ (sıxılmış təbii qaz) ilə işləyən avtobusları “Azpetrol” şirkətinin terminalından STQ ilə təmin olunacaqlar. Azpetrol- Daim inkişafa doğru!