“Azpetrol” müasir və daha funksional nağdsız odəniş sisteminin tətbiqinə başlayıb.

“Azpetrol” müasir və daha funksional nağdsız odəniş sisteminin tətbiqinə başlayıb.

11.08.2023

Azərbaycanın ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, idarəetmə sisteminin təkmilləşdirilməsi, müasir innovasiyaların tətbiqi və nağdsız hesablaşmaların genişləndirilməsi sahəsində bir sıra yeniliklər tətbiq edib. Nağdsız hesablaşma dövriyyəsinin sürətlə artması, istismarda olan ödəniş cihazlarının, yanacaq kartlarının, müvafiq proqram təminatın (PT) yenilənməsi və mobil tətbiqin hazırlanmasını labüd edib. Qeyd edək ki, “Azpetrol” şirkətində tətbiq edilən yeniliklərin başlıca məqsədi -“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin icrası və nağd hesablaşmaların nağdsız hesablaşmalarla əvəzlənməsinə tövhə verməkdən ibarətdir. “Azpetrol” şirkətində nağdsız hesablaşmalar sisteminin təkmilləşdirilməsi və mobil idarəetmə sisteminə keçid 2023-cü ilin əvvəlindən başlayıb. Cəmi bir neçə ay ərzində, dövriyyədə olan 100 000-ə yaxın yanacaq kartı yenilənib və müştərilərə ödənişsiz təqdim edilib , istismarda olan POS-terminallar isə “Verifone X990” cihazları ilə əvəzlənib. Yeni, çoxfunksiyalı “Verifone X990” - portativ POS-terminal, təhlükəsiz tranzaksiyaların həyata keçirilməsi və platformanın genişləndirilməsi tələblərinə tam cavab verir. Bu cihaz, NFC (Near Field Communication) texnologiyası ilə təmassız ödənişləri həyata keçirməyə imkan verir. Nağdsız hesablaşmaların həyata keçirilməsi üçün hazırlanan və istifadə olunan xüsusi proqram təminatı, kartla əməliyyatların emalını sürətləndirir, şəxsi məlumatların qorunmasını təmin edir, əməliyyatların daha təhlükəsiz və etibarlı olmasına zəmanət verir. Bununla da, YDM ərazisində həyata keçirilən ödənişlər daha operativ, keyfiyyətli və təhlükəsizdir. Yeni proqram təminatı ilə əməliyyatların həyata keçirilməsi üçün nəzərdə tutulan istifadəçi təlimatları ilə tanış olmaq üçün linkə keçid edin: https://www.azpetrol.com/useruploads/Karttelimat.pdf Daha bir yenilik isə, ilk dəfə olaraq “Azpetrol Online” mobil tətbiqinin (mobile application) istismara verilməsidir. Tətbiq həm “Android”, həm də “İOS” əməliyyat sistemlərini dəstəkləyir. Bununla da, müştərilər mobil tətbiq üzərindən yanacağın sərfiyyatı, istifadə olunan yanacağın növü və digər məlumatları dəyişdirmək və həmin dəyişiklikləri dərhal sistemdə görmək imkanı əldə edirlər. Mobil idarəetmə sisteminin istifadəsi istehlakçılarla “Baş ofis” əməkdaşları arasında təmasın minimuma endirilməsi və xidmətlərin daha çevik təşkil edilməsini təmin edir. Yeni, daha müasir və rahat sistemin tətbiqi nəticəsində “Azpetrol” müştəri bazası daha da genişləndirilib və artıq 11 000-i ötüb. Yarandığı gündən, “Azpetrol” şirkətinin fəaliyyətinin başlıca məqsədi - müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin edilməsi, dünyada tətbiq edilən yeniliklərin Azərbaycan istehlakçısına çatdırılması və ən son texnologiyaların tətbiqi və idarəetmə sisteminin daim muasirləşdirilməsi ilə ölkənin yanacaq bazarında liderlik mövqeyinin möhkəmləndirməkdən ibarətdir. Hazırda “Azpetrol” brendi altında Azərbaycanın müxtəlif bölgələrində 100 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir və bütün məntəqələrdə müasir nağdsız hesablaşmalar sistemi tətbiq edilib. Azpetrol – Daim inkişafa doğru!