"Azpetrol" şirkəti “BAKU OPEN – 2017” Beynəlxalq şahmat festivalının uşaq turnirində sponsor oldu.

"Azpetrol" şirkəti “BAKU OPEN – 2017” Beynəlxalq şahmat festivalının uşaq turnirində sponsor oldu.

20.11.2017

12 – 20 noyabr 2017-ci il tarixdə Respublika Şahmat Mərkəzində (Klub) beynəlxalq şahmat festivalının uşaq turniri keçirilmişdir. 2005-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlar arasında keçirilən turnirdə paytaxt idmançıları ilə yanaşı Naxçıvan MR (Şərur), Sumqayıt, Göyçay, Salyan şəhər və rayonlarını, o cümlədən Ukraynanı təmsil edən 91 nəfər idmançı (onlardan 28 nəfəri qızlardır) iştirak etmişdir. Turnir 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilmişdir. Oyunları beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərlik etdiyi hakimlər kollegiyası idarə etmişdir. Sonuncu turdan sonra təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Şahmat Federasiyasının vitse - prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Respublika Şahmat Mərkəzinin direktoru Məcid Əfəndiyev, turnirin rəsmi sponsorları olan "Azpetrol" şirkətinin nümayəndəsi Arzu Ağayeva, ExxonMobil şirkətinin nümayəndəsi Aygün Tanrıverdiyeva, BestComp Group şirkətinin nümayəndəsi Cəmilə Əmiraslanova iştirak etmişlər. Sonda qaliblər, həmçinin turnirin ən kiçik yaşlı oğlan şahmatçısı Azadəliyev Cahandar (Bakı), ən kiçik yaşlı qız şahmatçısı Hüseynova Lalə (Bakı) və Ukrayna təmsilçisi Bəşirova Gülay müvafiq dərəcəli diplomlar və qiymətli xatirə hədiyyələri ilə təltif olunmuşlar. Qalibləri şirkətimiz adında təbrik edirək yeni-yeni nailiyyətlər arzulayırıq!