“Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104- ə çatdırdı.
19.03.2024Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, həmçinin, təlabatın artması və çoxsaylı təklifləri nəzərə alaraq, mart ayının 19- da Ağcabədi şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsi 201A ünvanında “Azpetrol” şirkətinin sayca 104-cü yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində şirkətin Baş direktoru Ceyhun Məmmədov, əməkdaşları və Ağcabədi RİH-in müavini Toğrul Bünyatov iştirak edib. YDM-in istifadəyə verilməsi yeni, 26 iş yerlərinin açılması deməkdir ki, bu da şirkətin fəaliyyətində önəm verdiyi prioritet məsələlərdən biridir. Xatırladaq ki, “Azpetrol” şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Hazırda Şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 104 yanacaqdoldurma məntəqəsi, 1 maye qazdoldurma məntəqəsi, 4 CNG tipli qazdoldurma postu (Sıxılmış təbii qaz), 4 LPG postu (Propan-Butan), 1 STQ tipli (CNG) terminalı və 20 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir. Azpetrol - Daim inkişafa doğru!