“Azpetrol” şirkətinin rəhbərliyi Ulu öndər Heydər Əliyevin anım gününü ehtiramla anıb

“Azpetrol” şirkətinin rəhbərliyi Ulu öndər Heydər Əliyevin anım gününü ehtiramla anıb

12.12.2021

“Azpetrol” şirkətinin rəhbərliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib. Şirkət rəhbərliyi ulu öndərin abidəsi önünə əklil və gül dəstələri qoyaraq dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar. Daha sonra şirkətin rəhbərliyi oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar. Allah rəhmət etsin!