“Azpetrol” şirkətinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

“Azpetrol” şirkətinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

10.05.2018

“Azpetrol” şirkətinin rəhbərliyi və kollektivi 10 may 2018-ci il tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edib. Şirkətin rəhbərliyi və kollektivi Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb. Sonra Şirkət rəhbərliyi oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyub.