“Azpetrol” şirkətinin sayca 99-cu yanacaqdoldurma məntəqəsində tamamlama işləri həyata keçirilir

“Azpetrol” şirkətinin sayca 99-cu yanacaqdoldurma məntəqəsində tamamlama işləri həyata keçirilir

11.05.2023

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, yanacaqdoldurma məntəqələrinin sayını artırmaqda davam edir. “Azpetrol” şirkəti istehlakçılardan gələn çoxsaylı təklifləri nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ev 2276-77 ünvanında yerləşən qazdoldurma məntəqəsində (QDM) yenidənqurma işləri aparır. İşlər tamamlandıqdan sonra yeni, sayca 99-cu yanacaqdoldurma məntəqəsi (YDM) istismara veriləcək. Yeni YDM ərazisində həmçinin sıxılmış təbii qaz postu (STQ), maye-qaz postu (LPG), elektromobillərin doldurulması, “Azpetrol” və bank kartlarına xidmət, bankomat, market və kafe xidmətləri də təklif olunacaq. Azpetrol şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Şirkətin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 99 yanacaqdoldurma məntəqəsi, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100-dən atrıq yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 4 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir. Azpetrol – Daim inkişafa doğru! Əlaqə: 957