“Azpetrol”dan daha bir yenilik-Siz artıq Yanacaq kartlarını online sifariş edə bilərsiniz.

“Azpetrol”dan daha bir yenilik-Siz artıq Yanacaq kartlarını online sifariş edə bilərsiniz.

07.11.2017

Yanacaq kartlarını sifariş etməklə yanacağa sərf olunan xərcləri optimallaşdırmış və effektiv nəzarət mexanizminə sahib olmuş olursunuz. Azpetrol şirkəti müştəri rahatlığını təmin etmək məqsədilə yanacaq kartlarının satışının təşkil edilməsində daha bir addım atıb. Belə ki, bundan sonra müştərilərin yanacaq kartı alması üçün şirkətin Baş offisinə gəlməsinə ehtiyac duyulmayacaq. Müştəri şirkətin saytına daxil olaraq online vasitəsilə yanacaq kartı sifariş verə biləcəklər. Əlavə məlumat üçün 957 nömrəsinə zəng edə bilərsiniz. https://azpetrol.az/OnlineOrder