“BAKU OPEN – 2018” BEYNƏLXALQ ŞAHMAT FESTIVALININ UŞAQ TURNİRİ BAŞA ÇATDI

“BAKU OPEN – 2018” BEYNƏLXALQ ŞAHMAT FESTIVALININ UŞAQ TURNİRİ BAŞA ÇATDI

25.11.2018

17 – 25 noyabr 2018-ci il tarixdə Respublika Şahmat Mərkəzində (Klub) beynəlxalq şahmat festivalının uşaq turniri keçirilmişdir. 2008-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlar arasında keçirilən turnirdə paytaxt və region idmançıları ilə yanaşı Qazaxstan və Ukraynanı təmsil edən 78 nəfər idmançı (onlardan 17 nəfəri qızlardır) iştirak etmişdir. Turnir 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilmişdir. Oyunları beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərlik etdiyi hakimlər kollegiyası idarə etmişdir. Yarışda 10 yaşadək oğlanlar arasında I yeri 7,5 xalla Assylov Miras (Qazaxstan), II yeri 7,0 xalla Davudov Tunar (Bakı), III yeri 6,5 xalla Tarverdiyev Rəsul (Bakı), 10 yaşadək qızlar arasında I yeri 6,0 xalla Nuriyeva Nurtən (Sumqayıt), II yeri 5,0 xalla Abışlı Jalə (Sumqayıt), III yeri 4,5 xalla Heydərova Azadə (Bakı), 8 yaşadək oğlanlar arasında I yeri 7,0 xalla Şəkərəliyev Elçin (Sumqayıt), II yeri 7,0 xalla Kərimov Nihad (Göyçay), III yeri 6,5 xalla Kərimli Yusif (Şəki), 8 yaşadək qızlar arasında I yeri 5,5 xalla Hüseynova Lalə (Bakı), II yeri 4,5 xalla Hüseynli Ayan (Bakı), III yeri 4,0 xalla Hüseynova Firəngiz (Qazax) tutmuşlar. Sonuncu turdan sonra təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Şahmat Federasiyasının vitse - prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov, Respublika Şahmat Mərkəzinin direktoru Məcid Əfəndiyev, yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə, beynəlxalq dərəcəli hakim Ülkər Umudova, turnirin rəsmi sponsorları olan "Azpetrol" şirkətinin nümayəndəsi Səttar Məmmədov, ExxonMobil şirkətinin nümayəndəsi Aygün Tanrıverdiyeva, Kenan şirkətinin nümayəndəsi Elmira Əliyeva iştirak etmişlər. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov tədbiri giriş sözü ilə açaraq, yarış haqqında geniş məlumat verdikdən sonra tədbir iştirakçılarını təqdim etmişdir. Azərbaycan Şahmat Federasiyasının vitse - prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov çıxış edərək tədbir iştirakçılarını təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışdır. Sonda qaliblər, həmçinin turnirin ən kiçik yaşlı oğlan şahmatçısı Eldarlı Süleyman (Bakı), ən kiçik yaşlı qız şahmatçısı Baxışova Məryəm (Bakı), həmçinin Qazaxstanı təmsil edən Kamaşeva Manşuk və Ukraynanı təmsil edən Timçenko Mariya müvafiq dərəcəli diplomlar, medallar və qiymətli xatirə hədiyyələri ilə təltif olunmuşlar. Qalibləri təbrik edirik !