“Caspian Energy Award – 2017” mükafatına "Azpetrol Ltd" şirkəti “İlin Yanacaqdoldurma məntəqələri şəbəkəsi”  nominasiyası  üzrə mükafata layiq görülmüşdür .

“Caspian Energy Award – 2017” mükafatına "Azpetrol Ltd" şirkəti “İlin Yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyası üzrə mükafata layiq görülmüşdür .

13.04.2017

13 aprel 2017 ci il tarixində Bakıda “BOULEVARD Hotel Baku”da 14-cü Beynəlxalq “Caspian Energy Award - 2017” Mükafatının və 2-ci Beynəlxalq “Caspian Business Award - 2017” Mükafatının təqdimat mərasimi təşkil edilib. “Caspian Energy Award” və “Caspian Business Award” beynəlxalq mükafatları dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən, Xəzər Qara dəniz və Baltik regionlarında il ərzində əldə etdiyi nailiyyətlərə görə siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndələrə, dövlət və özəl şirkətlərin rəhbərlərinə təqdim olunur. “Caspian Energy Award” və “Caspian Business Award” Beynəlxalq mükafatları bu il 15-ci ildönümünü qeyd edən Caspian European Club-un və Caspian Energy Internatioanl Media Group-un dəstəyi ilə həyata keçirilir. “Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin və Caspian Energy İnternational Media Group-un dəstəyilə yaradılıb. Caspian European Club-un Sədri, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. Bu gün Caspian European Club öz sıralarında dünyanın 50 ölkəsindən 5000-dən artıq şirkət və təşkilatı birləşdirir. 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin partnyorlarından biri “Azpetrol Ltd” şirkətidir.