“Caspian Energy Forum Baku– 2018” keçirilib
20.09.2018Bu gün Bakıda 7-ci Beynəlxalq Caspian Energy Forum Baku-2018 (www.caspianenergyforum.com) təşkil olunub. Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev forumun açılışında 7-ci Beynəlxalq Caspian Energy Forum Baku-2018-in Azərbaycan Respublikası Hökumətinin və Caspian European Club-un dəstəyilə keçirildiyini deyib. Telman Əliyev forum iştirakçıları və Caspian European Club-un üzvləri adından Caspian Energy Baku Baku-2018-də iştiraka və göstərilən diqqətə görə bütün hökümət nümayəndələri və şirkət rəhbərlərinə minnətdarlığını bildirib. Forumda Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Elsevər Ağayev, Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev, Caspian Energy USA-nın baş icraçı direktoru Elqar Bağırov, Caspian European Club-un İdarə Heyətinin üzvü Vüqar Eyvazov çıxış ediblər. Forum çərçivəsində həmçinin Beynəlxalq Caspian Energy Award mükafatının Azərbaycan iqtisadiyyatının inkişafına töhfə vermiş şirkətlərə təqdimetmə mərasimi keçirilib. Caspian Energy Award - 2018 mükafatının nominasiyalar üzrə qalibləri: • Forumun sponsoru – ZIRAATBANK AZERBAYCAN – “İLİN KORPORATİV BANKI” • Forumun partnyoru - “Azneft” İB – “İLİN NEFT-QAZ ÇIXARMA BİRLİYİ” • Forumun partnyoru – "Azpetrol Ltd" – “İLİN YANACAQDOLDURMA MƏNTƏQƏLƏRİ ŞƏBƏKƏSİ” • Forumun partnyoru - FREGAT LLC - “DƏNİZ NƏQLİYYATI XİDMƏTİ SAHƏSİNDƏ İLİN ŞİRKƏTİ” • Forumun partnyoru - RİSK Company – “İNNOVATİV PROQRAM TƏMİNATI İSTEHSALI VƏ İXRACI ÜZRƏ İLİN ŞİRKƏTİ” • Forumun partnyoru - Atena CJSC - “SÜD MƏHSULLARININ İSTEHSALINDA İNNOVASİYA TEXNOLOGİYALARININ TƏTBİQİNƏ GÖRƏ” Forumun sponsoru Ziraat Bank Azerbaijan, Avropa partnyoru - Brücke GmbH və partnyorları SOCAR FUGRO, “Yeni texnologiyalar” QSC, ABB, SOCAR-ın “AZNEFT” İstehsalat Birliyi, "Azpetrol Ltd", “KPMG AZERBAIJAN LIMITED”in Azərbaycan Respublikasındakı Nümayəndəliyi, Hellmann Worlwide Logistics, FREGAT LLC, NARIMANFILM, RİSK COMPANY, Nabucco A&C, Atena CJSC-dir. “Caspian Energy Forum Baku-2018”in deleqatları sırasında dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin rəhbərləri, həmçinin Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin başçıları, o cümlədən Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri yer alıblar. Caspian Energy Forum Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərində ildə bir neçə dəfə keçirilir və biznes-hökumət dialoqunun aktivləşməsinə, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin qurulmasına münbit şərait yaradan, transmilli şirkətlərlə kiçik və orta biznes nümayəndələrinin görüşləri, həmçinin qlobal biznes əməkdaşlığında maraqlı olan investor, ekspert və analitiklər üçün öz səmərəliliyi ilə seçilən ənənəvi meydandır. Sıralarında dünyanın 70 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə yaradılıb. 2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunmaqdadır. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar. Yarandığı ilk gündən Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. * Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club, Caspian American Club və Caspian Asian Club-un tədbirinə istinad etmək mütləqdir.