Hörmətli Müştərilər!
13.10.2017Sizin şəxsi kabinetinizdə əks əlaqə bölməsi aktivləşdirilmişdir.Şəxsi kabinetinizdə əks əlaqə bölməsi vasitəsi ilə öz müraciətinizi "Azpetrol" şirkətinin Nağdsız Hesablaşmalar şöbəsinə göndərə bilərsiniz. Siz "Azpetrol" şirkətiniə kartlarla əlaqədar etdiyiniz müraciətləri (Kartdan vəsaitin silinməsi, yanacağın növünün dəyişdirilməsi, yeni kartın alınması, müqavilənin müddətinin uzadılması, kartdan karta vəsaitin köçürülmısi və s.) əks əlaqə bölməsi vasitəsi ilə edə bilərsiniz. Bu isə sizin vaxta qənaət edər və işin icrasını sürətləndirər. Sizin müraciətin bir nüsxəsi sizə gələcək və bir nüsxəsi Nağdsız Hesablaşmalar şöbəsinə göndəriləcək. Sizin müraciətiniz Nağdsız Hesablaşmalar şöbəsi tərəfindən tez bir zamanda icra olunacaq və cavablandırılacaq. "AZPETROL LTD" MMC Telefon: (99412) 488 67 51/61 http://www.azpetrol.com