“Azpetrol” şirkəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

“Azpetrol” şirkəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

10.05.2019

10 May 2019-cu il tarixində Ulu Öndər və ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür. Bu, ildönümü ilə əlaqədar “Azpetrol” şirkətinin rəhbərliyi və kollektivi Ulu Öndərin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyublar. Sonra şirkətin rəhbərliyi Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyub.