Müştərilərin nəzərinə!

Müştərilərin nəzərinə!

25.06.2020

“Azure” Biznes Mərkəzinin 1-ci mərtəbəsində yerləşən Şirkətimizin “Nağdsız Hesablaşmalar şöbəsinə” yalnız hazır olan müqavilə və plastik kartların götürülməsi üçün 1 nəfərdən çox olmamaq şərti ilə gəlməsinə yol verilir. Digər əməliyyatların həyata keçirilməsi üçün müvafiq elektron poçt, telefon, faks, internet səhifə və elektron sistem vasitəsi ilə Şirkətimizin “Nağdsız Hesablaşmalar şöbəsi” ilə əlaqə yarada bilərsiniz. Hesab-fakturanın alınmasına görə gəlməyə ehtiyac qalmayıb. Şirkətimizin bank rekvizitlərini internet səhifəmizin əlaqə bölməsində (https://azpetrol.az/useruploads/rekvizitler_xalqbank.pdf) tapa bilərsiniz. Ödənişin təyinatında Şirkətiniz və “Azpetrol Ltd.” MMC arasında bağlanmış müqavilənin nömrəsini qeyd etməklə ödənişinizi həyata keçirə bilərsiniz. Tibbi təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə, yuxarıda qeyd edilən sənəd və kartların götürülməsi zamanı Şöbəyə yalnız tibbi maskadan istifadə etməklə daxil olmaq və sosial məsafənin saxlanılması tələb olunur.