"Azeri Business Award-2015" mükafatı

"Azeri Business Award-2015" mükafatı

08.02.2016

Fevral ayının 5-də "JW Marriott Absheron Baku" hotelində 2015-ci ilin nəticələrinə görə «Azeri Business Award-2015» Milli Mükafatının təqdim etmə mərasimi keçirilib. Təqdimetmə mərasimində Azərbaycanın öndə olan şirkətlərindən 70-dən çox nümayəndə iştirak edib. Onların arasında diplomatlar, aparıcı iş adamları, ölkə iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən menecer və mütəxəssislər olub. "Azpetrol" şirkəti “Müştəri məmmunluğü və yüksək keyfiyyət” nominasiyasında qalib olub. “Azeri Business Award” milli mükafatı Azərbaycanın aparıcı işgüzar nəşrlərindən olan “Business Time” jurnalı tərəfindən təsis olunub. “Azeri Business Award” biznes sahəsində milli mükafatı ən yaxşı şirkətləri nümunə göstərərək, milli biznesin yeni imicini yaradır və həmçinin ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edir. Mükafatın amalı namizəd şirkətlərə öz bizneslərini inkişaf etdirməkdə, Azərbaycanda və xarici bazarlarda nüfuzlarını və rəqabət qabiliyyətini artırmaqda yardım göstərməkdən ibarətdir. Mükafat yerli biznesin inkişafındakı ən mühüm tendensiyaları əks etdirir. Mükafat Azərbaycan bazarının milli biznesin yeni simasını formalaşdıran ən parlaq və dinamik iştirakçılarına təqdim olunur. Qaliblərin müəyyən edilməsində əsas amil namizədlərin biznesinin inkişaf templəridir.