Sentyabrın 19-da Bakıda IX Beynəlxalq “Caspian Energy Forum–2019” keçirilib

Sentyabrın 19-da Bakıda IX Beynəlxalq “Caspian Energy Forum–2019” keçirilib

19.09.2019

“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev forumun “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik yubileyinə və “Caspian Energy” jurnalının 20 illiyinə həsr olunduğunu deyib. Onu da qeyd edək ki, “Caspian European Club” 50 ölkədən 5000-dən çox şirkətlə əməkdaşlıq edir. Forumda ölkə iqtisadiyyatının inkişafına xüsusi töhfə vermiş şirkətlərə “Beynəlxalq Caspian Energy Award” mükafatı təqdim edilib. Mükafat alanlar sırasında “Azpetrol” şirkəti də var. Belə ki, “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyası üzrə “Azpetrol LTD” MMC “Caspian Energy Award - 2019” mükafatına layiq görülüb.