“Baku Open 2019”-un qalibləri müəyyənləşdi.

“Baku Open 2019”-un qalibləri müəyyənləşdi.

13.09.2019

Beynəlxalq uşaq şahmat turniri olan “Baku Open 2019”-un qalibləri müəyyənləşdi. Bu haqda Trend Life-a Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Respublika şahmat mərkəzinin direktoru, FİDE-nin beynəlxalq dərəcəli hakimi Məcid Əfəndiyev məlumat vermişdir. 10 yaşa qədər olan oğlan və qızlar arasında keçirilən turnirdə 96 iştirakçı var idi. Turnir İsveçrə sistemi üzrə 9 turda keçirildi. Hakimlər kollegiyasına beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə sədrlik etdi. Mükafatlandırma mərasimində Azərbaycan Şahmat Federasiyanın vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov, Respublika şahmat mərkəzinin direktoru Məcid Əfəndiyev, paytaxtın şahmat məsələləri üzrə kurator-koordinatoru Gündüz Vəliyev, yığma Azərbaycan komandasının məşqçisi Fikrət Sideyifzadə, turnir qalibləri və mükafatçılarını təbrik edən " Azpetrol" şirkəti və digər sponsor nümayəndələri iştirak edirdilər. Beləliklə, “Baku Open 2019”-un qalibləri: 10 yaşa qədər oğlanlar: I yer Süleymanlı İsmayıl (7,5 xal), II yer Rüstəmov Rüstəm (7,5 xal), III yer – Babazadə Əkbər (7 xal) 10 yaşa qədər qızlar: I yer Hüseynli Ayən (6,5 xal), II yer Yarəliyeva Nuray (5,5 xal), III yer – Hüseynova Firəngiz (5,5 xal) 8 yaşa qədər oğlanlar: I yer Allahverdi Ümid (6,5 xal), II yer Məmmədzadə Məmməd (6 xal), III yer – Bayramlı İsmayıl (6 xal) 8 yaşa qədər qızlar: I yer Nağı Məryəm (5 xal), II yer Bədəlova Humay (5 xal), III yer – Məmmədova Zeynəv (5 xal) Turnirin qalibləri və mükafatçıları, həmçinin turnirin kiçik iştirakçıları olan Vəliyev Nurlan, Xəlilli Ayla və Məmmədli Arzu diplom və hədiyyələrlə mükafatlandırılmışlar.