Biz yeganə deyilik, lakin ən yaxşı olmağa çalışırıq
Hazırda şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 108 yanacaqdoldurma məntəqəsi, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən müasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 128 yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur.
Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 4 maye qazdoldurma postu və 23 elektromobillərin enerji ilə doldurulma postu, 1 hotel, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.
Həmçinin "Azpetrol"un Azərbaycanın ən iri işəgötürənlərindən biri olduğunu xüsusi ilə qeyd etmək vacibdir. Belə ki, hazırda Şirkətdə çalışan işçilərin ümumi sayı 3200 nəfərdən çoxdur.