“Azpetrol” şirkəti Bakı Marafonunda iştirak edib.
May ayının 4-ü Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Marafonuna start verilib. “Küləyə qalib gəl” şüarı altında səkkizinci dəfə keçirilən Bakı Marafonunda bu il “Azpetrol” şirkəti də iştirak edib.
2016-cı ildən təşkil olunan Bakı Marafonun əsas məqsədi, idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etməkdir.
Marafonun start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olub və 21 kilometrlik məsafəni əhatə edən marafon bu marşrut üzrə keçirilib.
Qalibləri təbrik edirik və uğurlar arzulayırıq.