30 Avqust 2025

“Azpetrol” şirkəti Bakıda keçirilən “At gücü” adlı tədbirin sponsorlarından biri olub.

“Azpetrol” şirkəti Bakıda keçirilən “At gücü” adlı tədbirin sponsorlarından biri olub.

“Azpetrol” şirkəti avqust ayının 30-da Bakıda keçirilən “At gücü” adlı tədbirin sponsorlarından biri olub. “At gücü” adlı tədbir Azərbaycan Avtomobil Federasiyası (AAF) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə təşkil olunub.

Klassik avtomobillərin yürüşü Dənizkənarı Milli Parkdan start götürüb. Yürüş paytaxtın mərkəzi küçələrini əhatə edib və Binə Atçılıq Mərkəzində başa çatıb.

Paytaxt küçələrini müxtəlif illərdə və ölkələrdə istehsal olunan klassik avtomobil karvanı bəzəyib. Bu avtomobillərin hər biri nəinki müasir nəqliyyat vasitələrindən fərqlənən və nostalji hisslər yaradan görünüşü, həm də maraqlı tarixi ilə diqqəti cəlb edib.

Daha sonra Binə Atçılıq Mərkəzində klassik avtomobillərin sərgisi, eləcə də milli atüstü oyun növlərindən olan çövkən yarışı və atların şousu təşkil edilib.

Tədbir konsert proqramı ilə davam edib.