“Azpetrol” şirkəti Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış Zəfər Parkında abidə önünə əklil qoyub.
27 Sentyabr – Azərbaycanda Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi Anım Günüdür. Bu əlamətdar gündə “Azpetrol” şirkətinin rəhbərliyi Vətən müharibəsində həyatını itirən şəhidlərimizin xatirəsinə ucaldılmış Zəfər Parkında abidə önünə əklil qoyub. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Onların Vətən uğrunda göstərdiyi fədakarlıq və qəhrəmanlıq Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.
Şəhidlərimizi ehtiram və dərin minnətdarlıqla anırıq. Allah rəhmət eləsin!

